Ermənilər Ağdamda Azərbaycanın bir mülki şəxsini yaralayıb

Ermənilər Ağdamda bir mülki şəxsi yaralayıb.
Trend-in bölgə müxbirinin cümə axşamı verdiyi məlumata görə, bu gün Ermənistan Silahlı Qüvvələri işğal altında olan Baş Qərvənd kəndi ərazisindən mövqelərimizi atəşə tutması nəticəsində Ağdamın Mirəşəlli kənd sakini 1965-ci il təvəllüdlü Həsənova Elmira Mənsur qızı yaralanıb… Güllə yarası alan şəxs xəstəxanaya yerləşdirilib