Meksika Konqresi Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını pisləyən qərar qəbul edib

Meksika Konqresinin Deputatlar Palatası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılaşma maddələrindən ibarət Qərar qəbul edilib.
Trend-in cümə axşamı Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, qərarda münaqişənin tarixi haqqında ətraflı məlumat verilib, Azərbaycan ərazisinin iyirmi faizinin hələ də Ermənistanın işğalı altında qaldığı, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün qismində yaşadığı, BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişə ilə bağlı dörd qətnaməsinin indiyədək yerinə yetirilmədiyi, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunsa da, atəşkəsin Ermənistan tərəfindən pozulması faktlarının mövcudluğu və Azərbaycanın mülki əhalisinin hələ də bundan fiziki və mənəvi əziyyət çəkdiyi vurğulanır… Trend.