Həlak olan hərbçimiz üçqat çempion olub

İndiyədək onun ailəsinə aidiyyəti qurumlardan heç bir nümayəndə gəlməyib…

İndiyədək onun ailəsinə aidiyyəti qurumlardan heç bir nümayəndə gəlməyib.

Gəncənin Kəpəz rayon bölgəsindən hərbi xidmətə yola düşən Kərimov Seyfəddin Nəvai oğlu bu gün cəbhənin Füzuli istiqamətində minaya düşüb və şəhid olub.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, 6 aydır hərbi xidmətdə olan Seyfəddin Yunan-Roma güləşi üzrə üçqat Azərbaycan çempionudur.

Hadisə gecə saatlarında baş versə də indiyədək onun ailəsinə aidiyyəti qurumlardan heç bir nümayəndə gəlməyib.

www.oxu.az