Hərbçilərimiz qəzaya düşdü

Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb…

Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb.

“VAZ-2109” və “Chevrolet ” markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin – Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyalarını dəyişiblər.

“VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

“Chevrolet “in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Milli.az-ın əldə etdiyi məlumata görə, qəzada ölən şəxslərin hər ikisi hərbçidir.

www.oxu.az