Papadan qondarma erməni soyqırımı dəstək

O bildirib ki, dini ayin Vatikanda təşkil olunacaq…

O bildirib ki, dini ayin Vatikanda təşkil olunacaq.

Katoliklərin ruhani lideri Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin təşkil edəcək. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Buenos-Ayres şəhərinin yepiskopu, kardinal Mario Poli söyləyib. O bildirib ki, dini ayin Vatikanda təşkil olunacaq. Ancaq bu iddia hələlik Vatikan qaynaqları tərəfindən təsdiqlənməyib. 

Kardinal Mario Poli qondarma erməni soyqırımı qurbanlarını xatırlamaq üçün təşkil olunacaq dini ayinin 12 aprel tarixində baş tutacağını söyləyib. Bununla yanaşı digər erməni yepiskopu Pablo Hakimian da məlumatları təsdiqləyib. O bildirib ki, Papa bir il əvvəl Kilikiya erməni Katolikləri Katolikos Patriarxı 19-cu Nerses Petrosun təklifinə müsbət cavab verib.

Papa Nerses Petros ilə son görüşü əsnasında, Fransisk qondarma soyqırım haqqında ifadələri ilə diqqətləri öz üzərinə çəkib. Franceskonun “Bu, 20-ci əsrin ilk soyqırımı idi ” ifadələri ictimaiyyət arasında geniş əks-sədaya səbəb olub.

www.oxu.az