İcraçı Direktoru

Muradov Rüfət Eldar oğlu 21 Sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub…

Muradov Rüfət Eldar oğlu 21 Sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri Xətai rayonun 17 saylı orta məktəbini bitirib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Resursların İdarə olunması ixtisası üzrə bakalavr pilləsinə yiyələnib. 2008-2009 illərdə hərbi qulluq keçmişdir. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramının Maliyyə ixtisası üzrə Magistr pilləsinə yiyələnmişdir.

Bir sıra  Qeyri Hökumət Təşkilatında Layihələr üzrə mütəxəssis və İcraçı Direktor vəzifəsində çalışmışdır.

Hal-hazırda “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin İcraçı Direktoru vəzifəsini yerinə yetirməkdədir.