Litva Seymi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə qətnamə hazırlayır – spiker

“Litva Seymində hazırlanan “Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə nizamlanması barədə ” qətnamənin taleyi münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin səylərindən asılı olacaq. Litva Seyminin spikeri İrena Dequtyene belə hesab edir.
“Seym üzvlərinin böyük qrupu regionda qeyri-sabitliyə şərait yaradan, beynəlxalq hüquqla deyil, zor tətbiqi ilə əldə olunan status-kvonu dəstəkləməkdən imtina etməyi təklif edən qətnamə layihəsini qeydə alıb “, – spiker fevralın əvvəlində baş tutacaq Bakıya səfəri ərəfəsində Trend-ə deyib…
Trend