ATƏT-in sammitindən sonra Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müəyyən durğunluq yaranıb. Bu durğunluğu nə iləsə doldurmaq və ərazi mübahisəsinin həllində vasitəçilərin gələcək fəaliyyətinin formatını müəyyən etmək lazım idi. Moskva Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini, Trend-in Ekspert Şurasının üzvü Aleksey Vlasov belə hesab edir…… Sammit zamanı münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyəti başçılarının birgə bəyanatı qəbul olunub. Bəyanatda Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çağırış əks olunub./TREND/