Məcburi köçkünlərin hamısı Bakıdan köçürüləcək – “Dövlətqaçqınkom “

“Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi  2016-cı ildən etibarən  həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq”…

“Bakı şəhərindən məcburi köçkünlərin köçürülməsi prosesi  2016-cı ildən etibarən  həyata keçiriləcək. O vaxta qədər Bakıdan köçürülmə olmayacaq”.

Bunu Modern.az-a Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib: 

“Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində geniş yer ayrılıb. Orada böyük yaşayış kompleksi tikiləcək. 2016-cı ildə tikinti işlərinə başlanacaq və elə həmin ildən də məcburi köçkünlərin köçürülməsinə başlanılacaq. Lakin istisna hallar ola bilər, bu da dövlət ehtiyacları ilə əlaqədardır. Zərurət yaranarsa, tam hazır mənzillər alınır və məcburi köçkünlər köçürülür. Amma komitənin xəttilə tam köçürülmə 2016-cı ildən tez olmayacaq”. 

Komitə rəsmisi ancaq bunun 2016-cı ilə qədər ümummiyyətlə, köçürülmə olmayacağı anlamına gəlmədiyini bildirib: “Hazırda regionlarda da böyük tikinti işləri gedir. Respublikanın 8-9 rayonunda məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün sürətli tikinti işləri aparılır. Həmin tikinti işləri başa çatan kimi köçürülmə başlayacaq.”

/Modern.az/