Milli Qəhrəman Hikmət Nəzərlinin doğum günüdür

O, itkin düşüb və sonrakı taleyi barədə heç bir məlumat yoxdur…

O, itkin düşüb və sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Hikmət Nəzərlinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, Hikmət Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində doğulub.

1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə gedib, sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçüb. 1982-ci ildə yenidən Bakıya qayıdıb. 1984-cü ildə hərbi xidmətə çağırılıb. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilib. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunub.

Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olaraq orduya yazılır. Ağdam rayonunda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır, müalicə olunduqdan sonra isə yenidən cəbhəyə üz tutur. 1992-ci il 25 fevral ermənilər Xocalıda vəhşiliklər törətdikləri zaman Hikmət idarə etdiyi maşınla düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradıb.

Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilib, sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

/oxu.az/