Neft Daşları yaxınlığında zəlzələ olub

 Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib…

 Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri Neft daşları yaxınlığına təsadüf edib.
 
3.2 bal gücündə olan zəlzələ aprelin 12-də Bakı vaxtı ilə saat 02:28-də yerin 10 km dərinliyində meydana gəlib. Təbii fəlakət Neft daşlarından 86 km, Çilovdan 86 km və Zirədən 104 km uzaqlıqda baş verib.

Milli.Az