“Ukraynada prezident seçkiləri baş tutmayacaq! “

 Ukrayna prezidentliyinə namizəd Oleq Tsarev hesab edir ki, seçkilər baş tutmayacaq. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Tsarev Donetsk şəhərində federallaşma tərəfdarları ilə görüşü zamanı deyib…

 Ukrayna prezidentliyinə namizəd Oleq Tsarev hesab edir ki, seçkilər baş tutmayacaq. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Tsarev Donetsk şəhərində federallaşma tərəfdarları ilə görüşü zamanı deyib. 

“Mən əminəm ki, seçki olmayacaq. Əlimdən gələni edirəm ki, olmasın. Və bunu etmək çox sadədir. Əgər mandatım varsa. Əks halda mən bura gələrkən Kiyevdə və ya başqa yerdə tutub basardılar içəri. Hər şey də sona çatardı “, – o əlavə edib. 

Qeyd edək ki, Ukraynanın Donetsk, Xarkov və Luqansk şəhərlərində ötən bazar federallaşma tərəfdarlarnın aksiyası keçirilib. Donetsk və Xarkov şəhərlərindəki aksiyaçılar vilayət administrasiyalarının binalarını nəzarətə götürüblər. 

Milli.Az