Orduda zabit zabiti güllələdi

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır…

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

 

Azərbaycan Ordusunun hərbçisi zabit yoldaşını güllələyib.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin zabiti, leytenant Emin Hümbətovun əlindəki silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə güllə onun zabit yoldaşı, baş-leytenant Samir Məmmədova dəyib.

 

Bir güllə yarası alan zabit hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

 

/oxu.az/