Poroşenko atəşkəsin müddətini 72 saat uzatdı

“Müdafiə məqsədilə tikilən hər şey atəşkəsin pozulması hesab ediləcək”….

“Müdafiə məqsədilə tikilən hər şey atəşkəsin pozulması hesab ediləcək”.

Ukrayna prezidenti Petr Poroşenko, ölkənin şərqində separatçılarla atəşkəsin müddətini 30 iyun saat 22:00-a qədər artırdı.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, dövlətin  rəsmi saytının bildirdiyinə görə, atəşkəsin müddəti Milli Təhlükəsizlik və Müdafiə Şürasının qərarı əsasında uzadılıb.

“Ukrayna atəşkəs zamanı Rusiya Federasiyası ərazisində muzdluların qəbul məntəqələrinin bağlanmasına, Donesk və Luqansk vilayətlərinin ərazisində qanunsuz silahlı qrupların hərəkətinin dayandırılmasına ümid edir”, – prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

“Dobassın dinc əhalisinin yaşayışına mane olan müdafiə məqsədli tikilən hər şey atəşkəs rejiminin pozulması hesab ediləcək”, – Ukrayna rəhbərliyi vurğulayıb.

Güc tətbiq etməmə rejiminə riayət edilmədiyi halda Kiyev atəşkəs rejiminin təcili dayandırılması haqqını özündə saxlayıb.

www.oxu.az