Rus ordusunda xidmət edən azərbaycanlı desantçı öldürüldü

Münaqişə milli mənsubiyyət əsasında düşə bilərdi…

Münaqişə milli mənsubiyyət əsasında düşə bilərdi.

Rusiyanın 76-cı Pskov hücum-desant qvardiyasının 104-cü alayının həlak olan desantı milliyyətcə azərbaycanlı olub, Nijeqorodsk vilayətindən təcili xidmətə gəlmişdi.   

Oxu.Az xəbər verir ki, bu barədə Pskov agentliyinə diviziyada vəziyyətdən xəbərdar olan bir neçə mənbə xəbər verib.

Təsdiq edilməmiş informasiyaya görə münaqişə milli mənsubiyyət zəmnində baş verə bilərdi.

Xatırladaq ki, hadisə noyabrın 27-də baş verib. Mənbələrin məlumatına görə, hərbi xidmətçilərdən biri əməkdaşlardan birini bıçaqla ölümcül yaralayıb, daha ikisinə xəsarət yetirib.

www.oxu.az