Rusiya Ermənistanda snayper təliminə başladı

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Kamxud hərbi təlim kompleksində snayperlərin təliminə başlayıb…

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Kamxud hərbi təlim kompleksində snayperlərin təliminə başlayıb.

 

Axar.az xəbər verir ki, bu barədə açıqlamanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.

 

Məlumata görə, təlimlərdə 2000 nəfər arasından seçilmiş 100 nəfərin iştirak etdiyi bildirilib. Seçilmiş şəxslər üçün taktiki və atəş hazırlığında xüsusi kurs keçiriləcək. 

 

/Axar.az/