Ukraynada 110 separatçı məhv edildi

Dekabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin Donetskdə döyüşən partizan dəstələri Staromixaylovka rayonunda 50 separatçını məhv edib…

Dekabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin Donetskdə döyüşən partizan dəstələri Staromixaylovka rayonunda 50 separatçını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Anti-terror Mərkəzindən məlumat verilib.

 

“Növbəti gün isə “Rus dünyasının böyük döyüşçüləri”nin 10 nəfəri öldürülüb. Petrovka rayonunda da Ukrayna hərbçiləri əməliyyat nəticəsində daha 50 separatçını məhv ediblər. Bununla da iki gün ərzində öldürülən separatçıların sayı 110-a çatıb”, – məlumatda qeyd olunub.

 

/Axar.az/