Rusiya ordusu Ukraynaya girdi

 Rusiya ordusu artıq Ukraynanın şərq bölgələrindədir. Rusiya tərəfi bunu etiraf etməsə də, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya müdaxiləsini sübut edən faktları açıqlayıb, Rusiya kəşfiyyatçılarının Slavyansk şəhərində telefon danışıqlarını yayıb…

 Rusiya ordusu artıq Ukraynanın şərq bölgələrindədir. Rusiya tərəfi bunu etiraf etməsə də, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya müdaxiləsini sübut edən faktları açıqlayıb, Rusiya kəşfiyyatçılarının Slavyansk şəhərində telefon danışıqlarını yayıb. 

Ukrayna tərəfi iddia edir ki, məhz rus kəşfiyyatçıları Ukraynanın şərqindəki separatçıların fəaliyyətini koordiyasiya edirlər. 

Milli.Az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, audioyazı UTX-nin Youtube kanalında yayımlanıb. Onlar Slavyansk şəhərinə gələn yolların bağlanmasından danışırlar. Danışıqlar subtitrlərlə də müşayiət olunur. 

Ukraynalı jurnalistlər isə danışıqlarda iştirak edənlərdən birinin mülki şəxs olduğunu ortaya çıxarıblar. 

UTX iddia edir ki, Rusiya Ukraynanın şərqində geniş miqyaslı hərbi təcavüz həyata keçirir. 

“Rusiya öz tankları ilə Avropaya gəlməyə hazırlaşır “

Almaniyanın vitse-kansleri Ziqmar Qabriel isə Ukraynadakı böhranla bağlı xəbərdarlıq edib və bildirib ki, “Rusiya öz tankları ilə Avropanın sərhədlərini keçməyə hazırdır “. O, birinci və ikinci dünya müharibələrinin dərslərini xatırlamağa çağırıb. 

“Ukrayna böhranı göstərdi ki, köhnə geopolitika cini yenidən şüşəsindən çıxıb “, – o əlavə edib. 

“Qan tökülməsinə imkan verməyin “

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə telefon danışığında  çağırış edib ki, Ukraynanın cənub-şərqində qan tökülməsinə yol verməsin. O, Amerika tərəfinin əlində olan imkanlardan istifadə edərək güc tətbiq edilməsi və qan tökülməsinə yol verilməməsi üçün istifadə etməyə çağırıb. 

Rusiya tərəfi iddia edir ki, Donetsk, Luqansk, Xarkov, Slavyansk və digər şəhərlərdəki etirazlar Kiyev rəhbərliyinin səriştəsizliyi və rusdilli əhalinin maraqlarını nəzərə almaq həvəsinin olması ilə əlaqədardır. 

Kiyev hələ də “yanır “

Kiyevin özündə isə yeni hakimiyyətdən narazılıq da baş qaldırmaqdadır. Milli.Az Life News-a istinadən bildirir ki, bir neçə yüz fəal Kiyevdə Ali radanın binası qarşısına gələrək prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov və Arsen Avakovun istefasını tələb edib. 

“Sağ sektor “un fəalları silahların əldə edilməsi və daşınması azadlığı verilməsini, o cümlədən hökumətin hər gün xalq qarşısında hesabat verməsini tələb ediblər. 

Etirazçılar parlament binası qarşısında təkər yandırıblar. Onlar ölkə rəhbərliyi qarşısında şərt qoyublar – ya bir saat ərzində Qruşevski küçəsinə gəlməlidirlər, ya da Ali Radanın binası ələ keçiriləcək. 

Milli.Az