Rusiyadan şok etiraf: Ölkə tənəzzülə uğrayır

Ruiya hökuməti artıq Qərbin sanksiyalarının vurduğu zərəri etiraf etməyə başlayıb…

Ruiya hökuməti artıq Qərbin sanksiyalarının vurduğu zərəri etiraf etməyə başlayıb.

 

Publika.az-ın məlumatına görə, Rusiya İqtisadi İnkişaf Nazirliyi Qərbin sanksiyalarına və düşən neft qiymətlərinə görə gələn il ölkə iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırır.

 

Nazirliyin hesablamalarına görə, gələn il iqtisadi göstəricilər 0,8 faiz aşağı düşəcək. Halbu ki sanksiyalardan əvvəl nazirlik gələn ilə ölkə iqtisadiyyatında 1,2 faiz artım proqnozlaşdırırdı.

 

Nazirliyin hesablamalarına görə, bu, ailə gəlirlərinə də təsirsiz ötüşməyəcək. Belə ki, gələn il əhalinin gəlirlərinin 2,8 faizədək azalacağı gözlənilir.

 

/Publika/