ATƏT sədri Minsk qrupu ilə Qarabağ problemini müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis iyunun 12-də ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb. Trend-in məlumatına görə, bu barədə təşkilatın saytı xəbər verib.
Ajubalis Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişin əldə olunması üçün Minsk qrupu həmsədrlərinin səylərinə dəstəyini ifadə edib və vətəndaş cəmiyyətinin etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə daha çox cəlb edilməsinə çağırıb…
Trend.