Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır – səfir

Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyi dəyişməz qalır və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan tərəfinin etiraz notasını şərh edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çərşənbə axşamı jurnalistlərə bildirib.
“Ukrayna-Azərbaycan münasibətləri həm siyasi, həm də digər sahələrdə real strateji tərəfdaşlıq xarakteri daşıyır “, – səfir deyib.
Onun sözlərinə görə, KİV müstəqildir və nə istəyir yazır və diplomatların vəzifəsi onlara düzgün baxışı göstərməkdir.
Azərbaycan Ukraynaya bu ölkənin “Image ” jurnalının xüsusi buraxılışında Azərbaycan əleyhinə materialların dərc olunması ilə bağlı etiraz notası təqdim edib. Trend-in məlumatına görə, bu barədə ötən cümə günü Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri İrfan Davudov bildirib.
Ukraynanın beynəlxalq iş jurnalı “Image ” Ermənistanın Ukraynadakı səfirliyinin yardımı ilə xüsusi nömrə buraxıb. Buraxılış tamamilə Ermənistana və Dağlıq Qarabağın separeatçı rejiminə həsr edilib, bununla yanaşı, Azərbaycan əleyhinə materiallar və saxtalaşdırılmış məlumatlar dərc olunub… Trend.