Ağdamda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin qarşı tərəfinə keçiblər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirib. Monitorinq insidentsiz keçib… Apa.