Ermənistan Silahlı Qüvvələri Azərbaycanın bir mülki vətəndaşını öldürüb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cümə günü Azərbaycanın bir mülki vətəndaşı həlak olub.
Trend-in bölgə müxbirinin məlumatına görə, Ağdam rayonunun Çəmənlı kəndi yaxınlığında, qoşunların təmas xəttində mal-qara otaran Ağcabədi rayon sakini Elmar Piriyev erməni silahlıları tərəfindən öldürülüb… Trend.