Aeroport tikintisini dayandırmasını tələb edən yazılı bəyanat qəbul olunub

Avropa Şurası Parlament Assambleyasında Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərində aeroport tikintisini dayandırmasını tələb edən yazılı bəyanat qəbul olunub.
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanatı AŞ PA-nın müxtəlif ölkələrdən olan 20-dən artıq üzvü imzalayıb…