Aİ Dağlıq Qarabağ münaqişəsində etimad tədbirlərinin vacibliyini qeyd edir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini sülh yolu ilə nizamlamaya yardım və təşviq etməyə və tərəflərin etimad tədbirlərini möhkəmləndirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Bakıdakı ofisinin rəhbəri Rolan Kobia mətbuat konfransında bəyan edib…

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini sülh yolu ilə nizamlamaya yardım və təşviq etməyə və tərəflərin etimad tədbirlərini möhkəmləndirməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Aİ-nin Bakıdakı ofisinin rəhbəri Rolan Kobia mətbuat konfransında bəyan edib. “Biz ötən il Dağlıq Qarabağ münaqişəsi üzrə Ermənistan və Azərbaycan arasında danışıqların intensivliyinin azalmasının şahidi olduq ” , – Kobia qeyd edib.

Onun sözlərinə görə, 2012-ci il Avropa Qonşuluq Siyasəti məruzəsində münaqişənin sülh yolu ilə nizamlanamsı üçün səylərin fəallaşdırılması üzrə Azərbaycan və Ermənistana tövsiyələr var.

Kobia, həmçinin qeyd edib ki, Aİ-nin bu münaqişə üzrə xüsusi nümayəndəsi var və onun Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına sərbəst çıxışı olacağı təqdirdə, bu, çox faydalı olacaq.

/Trend/