ATƏT Dağlıq Qarabağ nizamlanmasına kömək etməyə hazırdır – baş katib

ATƏT Dağlıq Qarabağ nizamlanmasına kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə bu gün qurumun baş katibi Lamberto Zanner bəyan edib. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
“ATƏT-in gündəliyində Dağlıq Qarabağ nizamlanması mühüm yer tutur. Biz dünya birliyinin şəraitin normallaşdırılması səylərini izləyirik “, – o deyib.
ATƏT baş katibi Rusiyanın vasitəçiliyini yüksək qiymətləndirib və bu problemin həlli ilə bağlı RF-nin təşəbbüslərini “sağlam ” adlandırıb. “Ümid edirəm ki, bütün tərəflər kompromisə gələcəklər. “Biz bu münaqişənin nizalanmasına yardım edəcəyik “, – Zanner bildirib və qeyd edib ki, “Azərbaycan və Ermənistan siyasi iradə nümayiş etdirməlidirlər “.
“Atı suvata aparmaq olar, lakin onu su içməyə məcbur etmək olmaz “, – baş katib deyib… Trend.