Dağlıq Qarabağda keçirilən qondarma “bələdiyyə seçkiləri “ni kəskin pisləyən yazılı bəyanat qəbul edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi qondarma “bələdiyyə seçkiləri “ni kəskin pisləyən yazili bəyanat qəbul edilib. Trend-in məlumatına görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva tərəfindən hazırlanan bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri imza atıblar.
Millət vəkillərinin imzaladığı bu sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul edilib. AŞPA sədri tərəfindən Assambleyada elan olunan yazılı bəyanat təşkilatın rəsmi sənədi kimi assambleyada yayılıb… Trend.