ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə müəyyən ciddi sənədlə gələcəyi gözlənilir – hakim partiya

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə müəyyən ciddi sənədlə gələcəyi gözlənilir. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.
“Düşünürəm ki, bu dəfə həmsədrlər prezidentlərin növbəti görüşü üçün müəyyən ciddi sənədlə gələcəklər və bu sənəd ortada olduqda, bununla bağlı müzakirələr gedəcək “, – Qurbanlı bildirib.
YAP icra katibinin müavini hesab edir ki, həmsədrlərin gözlənilən səfərində məqsəd prezidentlərin növbəti görüşünə hazırlığın həyata keçirilməsindən ibarət olacaq.
O qeyd edib ki, həmsədrlərin səfəri zamanı Kazan görüşündən sonrakı vəziyyət, Kazan görüşündə təqdim olunan sənəd və həmin sənədlə əlaqədar tərəflərin ortaya qoyduğu mövqe ətrafında müzakirələr aparılacaq… Trend.