Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 17.40-dan 17.45-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
– oktyabrın 19-da saat 02.45-dən 02.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 04.25-dən 04.30-dək və 05.55-dən 06.00-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.