Fransa Prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz regionundakı həmkarlarına göndərdiyi məktub qeyri-rəsmi xarakter daşıyır, bununla belə ona ismarıc kimi baxılmasını vəziyyətin özü tələb edir. Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıxov belə hesab edir.
Onun sözlərinə görə, regiona səfəri zamanı Sarkozi Ermənistan-Fransa münasibətlərində maraqlı olduğunu gizlətməmişdi.
“Lakin Sarkozi yetərincə sağlam düşüncəli siyasətçidir. Ona görə də o, Azərbaycana qonaq gələrək ölkəmizin reallıqları ilə tanış olduğu halda faktlara etinasızlıq göstərə bilməzdi. Azərbaycana gəldikdən və ölkə hakimiyyəti ilə ünsiyyətindən sonra Sarkozi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını unuda bilməzdi “, – Sadıxov bildirib… Trend.