Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 15-də saat 10:00-dan 10:10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 11:55-dən 12:00-dək və 18:20-dən 18:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:50-dən 22:00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 16-da saat 01:30-dan 01:45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar…