Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər yanvarın 16-da saat 11:10-dan 11:20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10:30-dan 10:45-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 09:50-dən 10:20-dək, 11:00-dan 11:15-dək və 19:30-dan 19:35-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 10:30-dan 11:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 20:00-dan 20:15-dək və yanvarın 17-də saat 02:00-dan 02:25-dək Füzuli rayonunun Qorqan və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar…