Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 14-də saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 21.10-dan 21.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 22.10-dan 22.30-dək Tərtər rayonunun Talış kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 16.40-dan 16.45-dək, 21.45-dən 22.10-dək, 23.10-dan 23.45-dək və dekabrın 15-də saat 02.00-dan 02.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Düşmən cavab atəşi ilə susdurulub.