Fərhad Bədəlbəyli: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü davam etdiriləcək

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü davam etdiriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli deyib.
“Gələcəkdə Moskvada, ya da hansısa şəhərdə icmaların görüşü baş tutacaq. Əgər lazım olsa, biz lap qoşunların təmas xəttində – Ağdam, Bərdə və Tərtərdə görüşə bilərik. Biz bu siyasəti davam etdirəcəyik “, – Bədəlbəyli əlavə edib.
Bədəlbəyli növbəti görüşün Rusiyada baş tutacağı ehtimalının olduğunu deyib.
O, Berlində erməni icmasının nümayəndələrinin görüşə gəlməməsini Dağlıq Qarabağın separatçı rejiminin təzyiqi ilə əlaqələndirib.
Bədəlbəyli hesab edir ki, növbəti görüş üçün erməni tərəfi ilk olaraq təşəbbüs etməlidir… trend.