Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, okytabrın 22-də Azərbaycan Respublikasının Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçirəcəklər… Trend.