İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamə müzakirə olunacaq

Bazar ertəsi İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzəyev və sədr müavini Əliyar Məhərrəmov İsveç parlamentinin Yaşıllar Partiyasından olan üzvü, Dağlıq Qarabağa dair qətnamə layihəsinin müəllifi Mehmet Kaplanla görüşüblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İAK-dan bildirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsinin Riksdaqda (parlament) gözlənilən müzakirəsi və İsveçin siyasi dairələrinin bu problemə münasibəti müzakirə olunub.
İAK nümayəndələri Kaplana və parlamentin Yaşıllar Partiyası fraksiyasının rəhbərlərinə münaqişə, erməni separatçılarının işğal olunmuş ərazilərdə etnik təmizləmələr aparmaları haqqında ətraflı məlumat veriblər…
Trend.