Azərbaycan və İran müdafiə nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Şənbə günü Azərbaycana işgüzar səfərə gələn İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələr, regional təhlükəsizlik məsələləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Əbiyev münaqişə ilə bağlı danışıqların getdiyini və bununla paralel olaraq Azərbaycanın öz ordusunu gücləndirərək torpaqlarının hər an işğaldan azad etməyə hazır olmağının vacibliyini bildirib… Trend.