Azərbaycan vətəndaşını yaralaması faktı ilə bağlı cinayət işi açılıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı Daşqın Yusif oğlu Əliyevin xəsarət alması ilə bağlı cinayət işi açılıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Onun sözlərinə görə, hadisə oktyabrın 9-da saat 20:00 radələrində baş verib. Belə ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan Ağdərə rayonunda yerləşən mövqelərindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində açdıqları atəş nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Daşqın Əliyev çiyin nahiyəsindən xəsarət alıb… Trend.