İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib

İsveç parlamentində Dağlıq Qarabağa dair qətnamənin qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. Bu barədə bazar ertəsi Trend-ə İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) məlumat verilib.
Qətnamə layihəsində Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunması öz əksini tapıb. Qətnamə təşəbbüsü Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib…
trend.