Azərbaycanda 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib

Azərbaycanda iyun ayında 2 mln. kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.Trend-in məluamtına görə, bu barədə çərşənbə günü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.
Yoxlanılmış ərazidə 2,7 min PHS, 8 ədəd tank, 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 164 mln. kvadrat metr ərazi təmizlənib, 662 min mina və PHS-lər aşkar edilib…