Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti yaralanıb. Bu barədə Trend-ə hərbi mənbədən məlumat verilib.
Məlumata görə, ermənilərin Füzuli rayonu istiqamətində açdığı atəş nəticəsində leytenant Abdıyev Akif Şakir oğlu xəsarət alıb. Zabit hospitala yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib… Trend