Yunanıstan prezidenti: “Ümid edirik ki, Dağlıq Qarabağ problemi ATƏT-in Minsk Qrupu çərçivəsində tezliklə həll olunacaq”

Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümid bəsləyir.
APA-nın Yunanıstanın ANA-MPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Yunanıstan prezidenti Karolas Papulias deyib. O, görüşdə Dağlıq Qarabağ problemini də müzakirə etdiklərini söyləyib: “ATƏT-in Minsk Qrupunun çərçivəsi problemin dinc yolla həlli üçün daha uyğundur və biz ümid edirik ki, bu həll tezliklə tapılacaq”… Apa.