Azərbaycanın Qubadlı rayonunun Ermənistan tərəfindən işğalından 18 il ötür

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 18 il ötür. Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub.
Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, yalçın qayaları və sıldırım dağları ilə fərqlənir, Bərgüşad və Həkəri çayları ona xüsusi rövnəq verir.
Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda respublikanın 47 bölgəsində məskunlaşıblar… Trend.