BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə – 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə bildirib ki, Komitənin nümayəndələri tərəfindən hərbi əsirlərdən birinə ailəsindən “Qızıl Xaç ” məktubu verilib.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb… Trend.