Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilənin imzalanmasına ümid edir 20.06.2011 14:34

AŞPA sədri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilə imzalanacağına ümid edir. Trend-in məlumatına görə, bunu AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair verilən suala cavabında deyib.
“Rusiya prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk “, – Çavuşoğlu deyib.
AŞPA sədri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirərkən qeyd edib ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. Trend.