Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşəcək

Noyabrın 28-də Almaniyanın paytaxtı Berlində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu cümə axşamı Konstitusiya Gününə həsr olunmuş konfransda “Dağlıq Qarabağın azərbaycanlı icması ” İctimai Birliyinin üzvü, millət vəkili Rövşən Rzayev bildirib.
“Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik “, – o deyib… Trend.