Cozef Simitian: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq normalar çərçivəsində tezliklə həllini tapacaq

ABŞ-ın Koliforniya Senatının komitə sədri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalar çərçivəsində həllinə inandığını ildirib.
“Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi mümkün qədər tez bir zamanda sülh və beynəlxalq normalar çərçivəsində ədalətli həllini tapacaq “, – Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Koliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri, senator Cozef Simitian deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib… Trend.