BQXK-nın nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri mayın 25-də Azərbaycanda saxlanılan ermənilərə – 5 mülki şəxsdən ibarət ailəyə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, başçəkmə zamanı saxlanılanlara 1 “Qızıl Xaç məktubu ” çatdırılıb.
Azərbaycanda hazırda bir ailənin 5 üzvü saxlanılır… Ermənistanda isə 1 hərbi əsir saxlanılır. Milli Ordunun kişik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu bu ilin yanvarında əsir düşüb.