Dağlıq Qarabağ problemi BMT TŞ-nin qeyri-rəsmi müzakirələrinin mövzusu olub

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət ” mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (Arria Formulası görüşü) təşkil edilib.
BMT yanında Daimi Nümayəndəlikdən şənbə günü Trend-ə verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak edib… Trend.