Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək – Türkiyə XİN rəhbəri

AŞ PA-nın qış sessiyası zamanı qurumun Nazirlər Komitəsinin sədri qismində çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqazda sülhün bərqərar olmasına imkan verəcək.
Onun sözlərinə görə, Cənubi Qafqazda təhlükəsizlik və münasibətlərin normallaşdırılması üçün təkcə Türkiyə ilə Ermənistan arasında deyil, o cümlədən Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşmalıdır. Trend